ABŞ Güləni müdafiə etmək niyyətində deyil, hazırda hüquqşünaslar onun ekstradisiyası ilə bağlı sorğuya əsasən materiallar toplayır.
APA-nın “Anadolu”-ya istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ vitse-prezidenti Co Bayden Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla keçirdiyi mətbuat konfransında bildirib.
“Mənimlə birgə Türkiyəyə mütəxəssislər gəlib.
Hazırda bu məsələ ilə əlaqədar dəlil-sübutlar toplanılır.
ABŞ-da ekstradisiya ilə bağlı qərarı prezident və yaxud hər hansı şəxs deyil, yalnız məhkəmə verə bilər.
ABŞ-ın Güləni müdafiə etmək üçün heç bir səbəbi və belə bir niyyəti yoxdur”, deyə C.Bayden bildirib.