../img/pics/medium/135303_zi52sdwglv.png DİM Nazirlər Kabinetinin müsabiqədənkənar qəbul qərarını şərh etdi
../img/pics/medium/135301_67uezibahp.jpg Bir məruzənin təəssüratı - Firuzə Nadir
../img/pics/medium/135300_071wfcab4j.jpg Əlvida, ədəbiyyat!.. - Nisə Bəyim yazır
../img/pics/medium/135299_75v6sh84sk.jpg Bu şənbə "525-ci qəzet"də - ANONS
SON XƏBƏRLƏR
24 May 2019

Fədayə Laçının məhkəməsində: "Açarı Fədayəyə verəcəkdim..."

Fədayə Laçının məhkəməsində: "Açarı Fədayəyə verəcəkdim..."<b style="color:red"></b>

Bakı Ağır Cinayətlər Məhkəməsində xüsusi təyinatlı vaqondan məhbusların qaçmasında təqsirləndirilən müğənni Fədayə Laçın və daha 12 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Trend-in məlumatına görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində ifadə verən Ağstafa rayon Polis şöbəsinin əməkdaşı Fərhad Quliyev bildirib ki, qeyd edilən hadisədən sonra rəhbərliyin göstərişi ilə rayon ərazisində postlar qurulub. Başqa bir maşına baxış keçirən zaman indiki təqsirləndirilən şəxslərin olduğu "Opel" markalı maşının posta yaxınlaşarkən qəfil geri qayıtdığını görüb:

"Biz o maşının arxasınca getdik. Kəndin girəcəyinə çatanda maşın dayandı. Biz yaxınlaşanda sürücü düşdü. Sonra yük yerindən bir nəfər düşüb qaçdı. Arxa oturacaqda bir xanım da əyləşmişdi. Biz dərhal məruzə edib hər iki şəxsi bölməyə apardıq".

Məhkəmədə şahid qismində F.Laçının bacısı Telli Ağayevanın iş yoldaşı Ədalət Zeynalov da ifadə verib. Bildirib ki, Fədayənin istədiyi açar xüsusi açar deyil və vaqonun dəmir barmaqlıqlarını açmaq üçün istifadə edilir. "Qoca" qatarın bələdçi otağındakı pəncərənin dəmir barmaqlığını həmin açarla açıb:

"Telli xanım vaqon rəisi idi, mən də nəzarətçisi. Bir iş yoldaşı kimi həmin açarı məndən istədi. Xüsusi bir açar deyil. Qapı, pəncərə və şitlərin açılmasında istifadə edilir. Mən də açarı Fədayəyə verəcəkdim. Amma sonra zəng edib çəkilişinin olduğunu dedi. Həmin açarı gecə dəmir yolunda bir nəfərə verdim. Qaranlıq olduğundan üzünü tam olaraq xatırlamıram".

İş üzrə növbəti proses sentyabrın 5-nə təyin edilib.

Qeyd edək ki, ötən il oktyabrın 23-də Bakıda məhbusların qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində başlanan cinayət işi üzrə Fədayə Məmmədova (Fədayə Laçın) təqsirləndirilən şəxs qismində cəlb olunaraq Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Onun barəsində Cinayət Məcəlləsinin 304.2.1-ci (mühafizə altında olan şəxsə qaçmağa yardım etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.

Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 304.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən azadlıqdan məhrum etmə və ya həbs yerindən, yaxud mühafizə altından qaçma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanmaqla istintaq qrupu yaradılıb, dərhal təxirəsalınmaz istintaq hərəkətləri aparılıb.

Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin və Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinin iştirakı ilə hadisə yerinin müfəssəl müayinəsi həyata keçirilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində 2017-ci ilin oktyabrın 23-də Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə Bakı şəhərinə müşayiət zamanı xüsusi vaqondan qaçmış, 1989-cu ildə Şirvan şəhərində anadan olmuş, əvvəllər məhkum olunmamış, Cinayət Məcəlləsinin 120.2.2 və 228.1-ci maddələri ilə təqsirləndirilən Əli Ağami Şirvan şəhərində tutularaq istintaq təcridxanasına yerləşdirilib, araşdırma aparılır. “Qoca” ləqəbli Etibar Məmmədov isə saxlanılan zaman atışmada ölüb.

Xatırladaq ki, cinayət işi üzrə 13 nəfər təqsirli bilinir və 1 nəfər barəsində isə axtarış elan olunub. Həbsdə olan şəxslər müğənni F.Laçın, Penitensiar xidmətin Konvoy taborunun komandiri, Penitensiar xidmətin üç əməkdaşı - qarovul rəisi Ceyhun Səmədov, qarovul rəisinin müavini Fuad Hacıyev və qarovul rəisinin digər müavini Tural Poladxanov, Əli Ağami, Günay Atakişiyeva, taksi sürücüsü Məhəmməd Hacıyevlə yanaşı, Aqil Nəcəfov, Anar Əsgərov, İsrafil Soltanov, Şahmar Bəyəlizadə və Tərlan Zeynalovdur.

İttiham aktına əsasən, 7 nəfər - Müzəffər Məmmədov, Emil Səfərov, Ramil Səlimov, Hətəm Əliyev, Vüsal Abbasov, Rövşən Camalov və Rəşad Məmmədov zərərçəkmiş şəxs qismində tanınır.


 
Bölmənin digər xəbərləri
61 yaşlı Şeron Stoun yenə göz qamaşdırdı 61 yaşlı Şeron Stoun yenə göz qamaşdırdı
Hollivud ulduzu Şeron Stoun Los-Ancelesdə xeyriyyə tədbirinə qatılıb....
22.05.19
Günay sevgilisini bıçaqladı Günay sevgilisini bıçaqladı
Türkiyədə fəaliyyət göstərən azərbaycanlı model Günay Musayeva uzun müddətdir birlikdə olduğu biznesmen sevgilisi Taha Tatlıcını bıçaqlayıb....
22.05.19
Manaf Ağayev: Manaf Ağayev: "Həyat yoldaşıma əl qaldırandan sonra peşman oldum"
"Toylar kralı" Manaf Ağayev şəxsi həyatından danışıb. ...
22.05.19
Brilliantın bacısı qızı: Brilliantın bacısı qızı: "Xalamı mənə qarşı doldururlar"
Müğənni Səidə Dadaşova "Səhər-səhər" verilişində qonaq olub....
22.05.19
Afaq Bəşirqızı: Afaq Bəşirqızı: "Onun çantasından 5 manat oğurladım"
Xalq artisti Afaq Bəşirqızı AzTV-də yayımlanan "Ağ və qara" proqramında "Ac uşağa görə oğurluq edərsiniz" sualını cavablandırıb. ...
22.05.19
Kıvançın arvadının restoranına hücum olundu Kıvançın arvadının restoranına hücum olundu
Türkiyəli aktyor Kıvanç Tatlıtuğun arvadı Başak Tatlıtuğun işlətdiyi restorana hücum olub....
22.05.19
Məşhur reper özünə 100 milyona təyyarə aldı Məşhur reper özünə 100 milyona təyyarə aldı
Dünya şöhrətli ifaçı Dreyk təyyarəsi olan varlılar karvanına qoşulub....
22.05.19
Şvarseneqqerə Afrikada hücum ediblər Şvarseneqqerə Afrikada hücum ediblər
Aktyor Arnold Şvarseneqqerə Cənubi Afrikada hücum ediblər....
22.05.19
"Toppuş" tibbi maskada aparıcılığa başladı
Bir müddət öncə xəstəliyinin metastaz verdiyini açıqlayan Əməkdar artist Tünzalə Əliyeva (Toppuş bacı) aparıcılığa başlayıb....
22.05.19
Kənandan arvadına 60 minlik hədiyyə Kənandan arvadına 60 minlik hədiyyə
Türkiyəli aktyor Kənan İmirzalıoğlu evliliklərinin üçüncü ildönümündə həyat yoldaşı Sinəm Kobala sürpriz edib....
22.05.19
Elza Seyidcahan Heydər Əliyev adına Sarayda konsert verdi Elza Seyidcahan Heydər Əliyev adına Sarayda konsert verdi
Aprelin 28-də Heydər Əliyev adına Sarayda əməkdar artist Elza Seyidcahan konsert proqramı ilə çıxış edib. ...
29.04.19
Rüfət Axundov və Rəşad İlyasov məhkəməyə verildilər Rüfət Axundov və Rəşad İlyasov məhkəməyə verildilər
"Space" kanalının efirində işlətdiyi ifadələrə görə müğənni Rüfət Axundov və Rəşad İlyasov xüsusi ittiham qaydasında məhkəməyə veriliblər....
16.04.19
Ancelina Coli və Bred Pitt rəsmən boşandılar Ancelina Coli və Bred Pitt rəsmən boşandılar
Ancelina Coli və Bred Pitt rəsmi şəkildə boşanıblar....
15.04.19
"Formula 1" zamanı Bakıda çıxış edəcək ikinci ulduz müğənni bəlli oldu
"Formula 1" üzrə Azərbaycan Qran Prisi çərçivəsində konsert proqramı ilə çıxış edəcək ikinci və son ulduz qonaq bəlli olub....
11.04.19
"Beauty star Azerbaijan-2" layihəsinin qala gecəsi keçirildi
“Avand production”nun təşkilatçılığı ilə "Beauty Star Azerbaijan -2" layihəsinin qala gecəsi baş tutub....
01.03.19
© 2012 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.