../img/pics/medium/138839_w4ojq0mkla.jpg Ailədə cavabdeh kimdir? - Mütəxəssis rəyi
../img/pics/medium/138838_3j6875akui.jpg "Şair olmağın mən bilən yolu..." - Çingiz Əlioğlunun şeirləri
../img/pics/medium/138829_9lybksuk7s.jpg "Qanun"dan yeni nəşrlər - Siyahı
../img/pics/medium/138834_6nhbqy3at0.jpg İyirminci əsrin Heraklı - Jan-Pol Sartr
SON XƏBƏRLƏR
21 İyul 2019
20 İyul 2019
19 İyul 2019

Vüqar Nadirovla kuryoz hadisə

Vüqar Nadirovla kuryoz hadisə<b style="color:red"></b>

Qol.az-ın 10 yaşına

İdman jurnalistikasına gələndə 2015-ci ilin yanvarı idi. Qol.az-da redaktorumuz Aydın Bağırovun işə tələbkar münasibəti elə ilk gündən saytın ciddiliyinin fərqinə varmağıma kömək oldu. Təbii, 18 yaşına yenicə qədəm qoymuş biri üçün ən nüfuzlu idman saytlarının birində təcrübə toplamaq, çalışmaq şansı hər kəsə nəsib olmur. Belə bir mühitdə daim öyrənməli, öz üzərində çalışmalısan.

O yaşıma qədər üzünü yalnız televiziyadan gördüyüm, mediadan haqqında xəbərlərini oxuduğun insanlarla artıq canlı həyatda birbaşa ünsiyyətdə olmaq, onlara suallar ünvanlamaq mənim üçün xəyal idi. Elə ilk iş həftəmdə çətin bir tapşırıq aldım. “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovla müsahibə etməli idim. İlk müsahibə tapşırığı, ilk böyük həyəcan... Sualları bir kağıza yazıb, əllərim əsə-əsə yanına yaxınlaşmışdım. Daha sonra Qurban müəllim sualları kağızdan oxuduğumu görməsin deyə əlimdə gizlətmişdim. Onda səsim də titrəyirdi, elə özüm də. Amma müsahibə alınmışdı. Bu başlanğıc məni həm cəsarətləndirmiş, həm də sevindirmişdi...

Məlum məsələdir ki, hər hansı bir sahədə çalışmağından asılı olmayaraq, əgər orada yenisənsə və həm də gənc, təcrübəsiz birisənsə səhvlər də olacaq, maraqlı – kuryoz hadisələr də. Bu, qaçılmazdır. Bu mənada “Qarabağ”ın futbolçusu Vüqar Nadirovla söhbətim, yəqin ki, ömrümün sonuna qədər yaddaşımdan silinməyəcək. Yenə də jurnalistikada ilk addımı atmağımın yaratdığı həyəcan məni gözlənilməz qəribə bir vəziyyətlə üz-üzə qoydu. Ağdam klubunun Suraxanıdakı bazasında məşqin bitməyini gözləyə-gözləyə beynimdə bəlkə də, 10-dan çox sual yaranmış və öz sahibini gözləyirdi. “Məşq bitsin, ləngitmədən kimi danışdıracaqsansa, həmin futbolçunun yanına get” – iş yoldaşım Elgünün bu sözləri məni sanki suallar aləmində daldığım yuxudan oyatdı. Bu zaman məşq bitmiş, bütün futbolçular paltardəyişmə otağına gedirdi. Deməli, əvvəlcədən planlaşdırdığım kimi etməliydim – zədəsini yenicə sağaldan Vüqara yaxınlaşaraq özümü nəzakətlə təqdim edib, rahatca suallarımı verməliydim. Yaxınlaşdım da, özümü təqdim etdim də. Amma sual vermək anı gələndə, ilk iş günlərinin yaratdığı həyəcan yenə qarşımda bir sədd kimi durdu. Beynimdəki sualların hamısı qəfil yadımdan çıxdı. Əlimdə diktofon sakitcə dayandım – indi Vüqar Nadirov mənə baxır, mən də ona. Bir neçə saniyə keçir. Qarşı tərəf verəcəyim sualları gözləyir, məndən isə səs çıxmır. Bir anlıq dilim tutuldu desəm, yalan olmaz.

Burada pauza... İndi ürəyinizdə gülüb, deyirsiniz ki, “Elə bil Messidən müsahibə alırdın, niyə bu qədər həyəcanlanırdın, axı?” Həqiqətən deyirəm, bir hadisənin içində olmasanız, yaşamasanız, onun təsirini də hiss edə bilmərsiniz. Hələ 18 yaşda idman mediasında yenicə addımlayan təcrübəsiz biri kimi mən, qarşımda isə son mövsüm (2014-15 – red.) Avroliqanın qrup mərhələsində “Sent Etyen”ə uzaqdan möhtəşəm qol vuran, “Qarabağ”a çətin Fransa səfərində xal qazandıran, milyonlarla azərbaycanlını sevindirən futbolçu. Bu fakt fikrinizi bir qədər dəyişər, məncə )))

Hə, bu səssizliyin belə gedərsə axşamacan davam edəcəyinin fərqinə varan Vüqar, məndən söz çıxmayacağına qəti əmin olub axır ki, özü dilləndi: “Qaqa, nə danışım? İstəyirsən, zədəmlə bağlı danışım”. Tam ciddi deyirəm, indiyədək zədə sözünü eşitdiyimə bu qədər sevinməmişdim. Mövcud durumda – özümü həyəcandan itirmiş bir anda, o qədər yol ölçüb, işə əliboş dönəcəyim ağlıma gəldiyi vaxtda eşitdiyim bu sözlər elə bil ürəyimə su səpti. Əsl “danış, qadan alaram” deməyin vaxtı idi ki, heç buna da ehtiyac olmadı və Vüqar başladı özü danışmağa. Beləcə ilk sualı verən də özü oldu, cavablayan da. Ardınca isə yenə mənim həyəcandan donub qaldığımı görən Vüqar dedi: “İstəyirsən, növbəti turdakı rəqibimiz haqda da fikirlərimi deyim?” Başımla təsdiqləyici cavab verdim. İkinci sualı da özü verib, özü də cavablandıqdan sonra vəziyyət elə həddə gəldi ki, bu qeyri-adi duruma alışdım. Sanki elə hər şey belə də olmalı imiş ))) O sual verir, mən isə təsdiq olaraq başımı aşağı əyirdim. Amma bu, həm də həyacanın məndə yaratdığı utanc hissi idi.

Artıq bir neçə sualı özü verib, özü də cavablandırdıqdan sonra Vüqar səmimi şəkildə “bəs edər” deyə soruşmuşdu. Bəli, bəs elədi, özü də necə. Yazı saytımızda yayımlandı, mən danlaqdan qurtuldum, həm də insani keyfiyyətləri bu dərəcə yüksək olan bir futbolçunu tanımaq şansım oldu. Həmin vəziyyətdə mənim yerimə başqa bir gənc, Vüqarın yerinə başqa bir futbolçu da ola bilərdi. Belə maraqlı hadisə olardımı, bax onu dəqiq bilmirəm. Vüqarın bu jesti isə mənə dərs, unutmayacağım xatirə oldu.

Və bu əhvalatı sizinlə bölüşməyimin səbəbi həm də odur ki, bu həftə - noyabrın 17-də çalışdığım Qol.az saytının 10 yaşı tamam olur. Mənim yaşımın az qala, tən yarısı. Mən də bu münasibətlə üzünüzü az da olsa güldürmək, bu yazıyla öz təbrikimi çatdırmaq istədim. Bu 10 ilin 4 ilini bu saytda keçirmək, Aydın Bağırovu, Mirhacib Məcidi, Ramiqi, Elgünü, Vüsalı, Elnuru, Ayseli tanımaq, onlardan nələrsə öyrənmək mənim üçün böyük zövqdür. Pafos deyil, həqiqətən Qol.az bir ailə kimidi. Burdan gedən də, bura gələn də  ürəyi ilə sayta bağlıdır.

10 yaşımız mübarək!

Məftun RƏSULZADƏ
Qol.az


 
Bölmənin digər xəbərləri
“Dundalk”ın rəhbəri: “Qarabağ”dan nümunə götürməliyik” “Dundalk”ın rəhbəri: “Qarabağ”dan nümunə götürməliyik”
Çempionlar Liqasının ikinci təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olan İrlandiyanın “Dundalk” klubunun sədri Mayk Treysi Ağdam təmsilçisi haqda xoş fikirlər səsləndirib. ...
19.07.19
Dünya şöhrətli UFC və MMA döyüşçüsü “Judo Club 2012”də seminar keçəcək Dünya şöhrətli UFC və MMA döyüşçüsü “Judo Club 2012”də seminar keçəcək
Əfsanəvi braziliyalı döyüşçü, adı UFC-nin (“Ultimate Fighting Championship”in)Şöhrət zalına daxil edilmiş ciu-citsu ustası Roys Qreysi Bakıya gəlir. ...
19.07.19
“JudoClub 2012”nin üzvü komandamızın bayraqdarı olacaq - Foto “JudoClub 2012”nin üzvü komandamızın bayraqdarı olacaq - Foto
Paytaxtımız bir neçə gündən sonra daha bir mötəbər idman yarışına – XV Avropa Gənclər Olimpiya Festivalına ev sahibliyi edəcək. ...
19.07.19
“Qarabağ” 2-ci mərhələni də adlasa... - güclü rəqiblər var “Qarabağ” 2-ci mərhələni də adlasa... - güclü rəqiblər var
“Qarabağ”ın Çempionlar Liqasının 3-cü təsnifat mərhələsindəki potensial rəqibləri müəyyənləşib. ...
18.07.19
Çempionlar Liqası: Çempionlar Liqası: "Qarabağ" növbəti mərhələdə
"Qarabağ" bu gün Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyununa çıxıb. ...
18.07.19
XV Avropa Gənclər Olimpiya Festivalında ölkəmizi 122 idmançı təmsil edəcək XV Avropa Gənclər Olimpiya Festivalında ölkəmizi 122 idmançı təmsil edəcək
İyulun 21-27-də Bakıda keçiriləcək XV Avropa Gənclər Olimpiya Festivalında Azərbaycanı 122 idmançı təmsil edəcək....
16.07.19
Nazim Süleymanov: Nazim Süleymanov: "Bu cür idarəetmə ilə futbol inkişaf edə bilməz"
"Azərbaycan çempionatında 8 klub oynayır. Bunların da 6-sı AFFA tərəfindən maliyyələşir. Hanı "Kəpəz", "Şəmkir", "Xəzər Lənkəran", "Karvan", "Şahdağ",...
10.07.19
"Qarabağ" Çempionlar Liqasında mübarizəyə başlayır
Bu gün UEFA Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinin oyunları davam edəcək....
10.07.19
Messinin restoranı evsizlərə pulsuz xidmət aksiyasına başlayıb Messinin restoranı evsizlərə pulsuz xidmət aksiyasına başlayıb
Argentina millisinin və İspaniyanın “Barselona” klubunun futbolçusu Lionel Messi ilə ailəsinə məxsus olan restoran yeni aksiyaya başlayıb. ...
09.07.19
“Zirə”nin prezidenti istefa verdi “Zirə”nin prezidenti istefa verdi
"Zirə" Peşəkar Futbol Klubunun prezidenti Natiq İsmayılov vəzifəsindən istefa verib. ...
09.07.19
“Judo Club 2012”nin cüdoçusu universiadanın komanda yarışlarında 3-cü oldu “Judo Club 2012”nin cüdoçusu universiadanın komanda yarışlarında 3-cü oldu
İtaliyanın Neapol şəhərində Tələbələrin XXX Yay Universiadası çərçivəsində keçirilən cüdo yarışlarına yekun vurulub....
08.07.19
AFFA Tovuzdakı Futbol Akademiyası ilə bağlı tender elan edib AFFA Tovuzdakı Futbol Akademiyası ilə bağlı tender elan edib
AFFA Tovuzdakı Futbol Akademiyası ilə bağlı tender elan edib...
06.07.19
“Qarabağ” Çempionlar Liqasına bu heyətlə gedir –  siyahı “Qarabağ” Çempionlar Liqasına bu heyətlə gedir – siyahı
“Qarabağ" Çempionlar Liqasının I təsnifat mərhələsinin Albaniya “Partizani”si ilə oyunları üçün sifariş vərəqəsini UEFA-ya təqdim edib. ...
05.07.19
UEFA prezidenti: “Azərbaycanda futbolu sevirlər” UEFA prezidenti: “Azərbaycanda futbolu sevirlər”
“Azərbaycanda futbolu sevirlər. Həmçinin onların hər gün superulduz görmək imkanı da yoxdur”. ...
04.07.19
Beynəlxalq Olimpiya Komitəsinin prezidenti II Avropa Oyunlarının təşkilini qiymətləndirib Beynəlxalq Olimpiya Komitəsinin prezidenti II Avropa Oyunlarının təşkilini qiymətləndirib
“II Avropa Oyunlarında təşkilatçılıq yüksək səviyyədə idi. Avropa Olimpiya Komitələri (EOC) və “Minsk 2019”un Koordinasiya Komissiyası işinin öhdəsindən gəldi. Buna görə şadıq”. ...
02.07.19
© 2012 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.