https://525.az/img/pics/medium/2024-04/311600_nt8z9zt9t4.jpg “525-ci qəzet”in 27 aprel sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2024-04/311508_kdz8nldx8a.jpg Müəllimlərə metodik dəstək keyfiyyət və inkişaf üçün vacib şərtə çevrilib
https://525.az/img/pics/medium/2024-04/311586_0k7qtn8kvv.jpg Güney ziyası: Sədyar Vəzifə Eloğlu
https://525.az/img/pics/medium/2024-04/311544_mzwymtvipe.jpg ...Gözlük gözlərimin əl ağacıdır, Gözlüyüm qoymur ki, yıxıla gözüm. - Elxan Yurdoğludan poetik nümunələr
search
26 Aprel 2024

Formula 1 Azərbaycan Qran Prisinə artıq 47 ölkədən biletlər alınıb

Formula 1 Azərbaycan Qran Prisinə artıq 47 ölkədən biletlər alınıb

Formula 1 Azərbaycan Qran Prisinə artıq 47 ölkədən biletlər alınıb.

Bunu Bakı Şəhər Halqasının Marketinq və Kommunikasıya şöbəsinin müdiri Nigar Arpadarai 2019-cu il 26-28 apreldə Bakıda keçiriləcək növbəti Formula 1 Azərbaycan Qran Prisinə hazırlıqla bağlı Trend-ə müsahibəsində deyib.

N.Arpadarai qeyd edib ki, bilet satışına 2018-ci ilin noyabr ayından start verilib: "Noyabr və dekabr aylarında biletlər 20 faiz endirimlə satılırdı. İndiki mərhələdə endirim kampaniyası olmasa da, satış çox uğurla gedir. Artıq 47 ölkədən biletlər alınıb".

O əlavə edib ki, sırf yerli sakinlərə əlavə 25%-lik endirim də tətbiq olunur. Yerli sakinlər kateqoriyasına şəxsiyyət vəsiqəsinə sahib hər bir Azərbaycan vətəndaşı və ölkədə müvəqqəti yaşama icazəsi olan hər bir xarici vətəndaş daxildir:

"Bir məsələni də diqqətinizə çatdırım. Bildiyiniz kimi, Formula 1 yarışının Azərbaycanda keçirilməsi daha 3 il müddətinə uzadıldı. Biz bunu elan etdikdən sonra isə bilet satışının tempində iki dəfəlik artım qeydə alındı. Azərbaycan Qran Prisinə Formula 1 azarkeşləri tərəfindən çox böyük həvəs, maraq var. Ötən il aprelin sonuna qədər 75 ölkədən biletlər alınmışdı. Düşünürük ki, bu ildə də təxminən o qədər olacaq".

N.Arpadarai vurğulayıb ki, hazırda Rusiya və İngiltərədən daha çox bilet alınıb, eyni zamanda, Almaniya, Gürcüstan, Ukrayna, Finlandiya, həmçinin ərəb ölkələri bilet alışına böyük maraq göstərir: "Ancaq bir məsələ var ki, Bakıda keçirilən ilk Formula 1 yarışına Rusiyadan gələnlər daha çox idisə, indi bu göstərici azalıb. Çünki indi əvvəlkindən daha çox ölkədən bilet alınır və müvafiq olaraq Rusiya ilə bağlı faiz də azalır".

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.