https://525.az/img/pics/medium/2024-04/311600_nt8z9zt9t4.jpg “525-ci qəzet”in 27 aprel sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2024-04/311508_kdz8nldx8a.jpg Müəllimlərə metodik dəstək keyfiyyət və inkişaf üçün vacib şərtə çevrilib
https://525.az/img/pics/medium/2024-04/311586_0k7qtn8kvv.jpg Güney ziyası: Sədyar Vəzifə Eloğlu
https://525.az/img/pics/medium/2024-04/311544_mzwymtvipe.jpg ...Gözlük gözlərimin əl ağacıdır, Gözlüyüm qoymur ki, yıxıla gözüm. - Elxan Yurdoğludan poetik nümunələr
search
26 Aprel 2024

"Qəbələ"nin baş meneceri Tale Heydərovun istefasından danışdı

"Qəbələ"nin baş meneceri Tale Heydərovun istefasından danışdı

“Qəbələ” Tale Heydərovun klubun prezidenti vəzifəsindən istefa verməsinə qısa münasibət bildirib.

Klubun baş meneceri Zaur Əzizov Qol.az-a açıqlamasında qərarın bu gün verildiyini söyləyib: “Qərar bu gün verilib. Dərhal da klubun rəsmi saytında açıqlandı. Hələlik olan məlumat budur. Amma çox qısa müddətdə lazımı açıqlama veriləcək”.

Klubun gələcək taleyi haqda da danışan Z. Əzizov yaxın vaxtlarda məsələ ilə bağlı daha geniş açıqlama veriləcəyini deyib: “Bu gün üçün hər kəs işinin başındadır. Komanda səhər məşqini edib. Əlavə hər hansı dəyişiklik baş verməyib. Yenə deyirəm, ən yaxşısı gözləməkdir. Daha geniş açıqlamadan sonra bütün suallara aydınlıq gələcək”.

Qeyd edək ki, 2006-cı ildən "Qəbələ" İdman Klubunun prezidenti vəzifəsində fəaliyyət göstərən Tale Heydərov bu gün istefa verib.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.