https://525.az/img/pics/medium/2024-04/311600_nt8z9zt9t4.jpg “525-ci qəzet”in 27 aprel sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2024-04/311508_kdz8nldx8a.jpg Müəllimlərə metodik dəstək keyfiyyət və inkişaf üçün vacib şərtə çevrilib
https://525.az/img/pics/medium/2024-04/311586_0k7qtn8kvv.jpg Güney ziyası: Sədyar Vəzifə Eloğlu
https://525.az/img/pics/medium/2024-04/311544_mzwymtvipe.jpg ...Gözlük gözlərimin əl ağacıdır, Gözlüyüm qoymur ki, yıxıla gözüm. - Elxan Yurdoğludan poetik nümunələr
search
26 Aprel 2024

Arif Rəhimov: "Podratçıların 95 faizi yerli şirkətlərdir"

Arif Rəhimov: "Podratçıların 95 faizi yerli şirkətlərdir"

“Yerli biznes Azərbaycan Qran-prisinə inteqrasiya edir”.

ONA-nın “championat.com” saytına istinadən məlumatına görə, bunu Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) icraçı direktoru Arif Rəhimov deyib.

Funksioner bildirib ki, Bakıdakı yarışa cəlb olunan sponsor və tərəfdaşların sayı artmaqda davam edir:

“Bəziləri ilə birbaşa, bəziləri ilə dolayı işləyirik. Məsələn, Qran-pri günlərində otellər tam dolu olur ki, bu dolayı bağlılıqdır. Bundan başqa, bu ildən SOCAR şirkəti titul sponsorumuz oldu. Həmçinin yerli rabitə operatorunu cəlb etmişik, onlar dəstək sponsorudurlar. Konsertlərə də sponsorlar cəlb edirik.

Digər tərəfdən bizim yarımdolayı partnyorlar da var. Bizim çox sayda podratçılar var ki, onların 95 faizi yerli şirkətlərdir. Bu da onlara layihədə iştiraka kömək edir. Sərbəst yerləşmə zonasında fəaliyyət göstərən kafe və restoranlar əlavə irəliləyiş imkanı qazanır və özlərini yarışa gələn turistlərə göstərmək imkanı əldə edir”.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.