../img/pics/medium/144031_rmukbrwh1l.jpg Fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırıldı - Fotolar
../img/pics/medium/144033_d9xvq3uadn.jpg Ramiz Mehdiyev AMEA prezidenti vəzifəsinə təsdiqləndi - Sərəncam
../img/pics/medium/144028_fmmpft0e1m.jpg İlham Əliyev Ramiz Mehdiyevi qəbul etdi - Foto
../img/pics/medium/144025_8leherd55k.jpg Ramiz Mehdiyev “Heydər Əliyev” ordeni ilə təltif edildi - Sərəncam
SON XƏBƏRLƏR
23 Oktyabr 2019

"Azərbaycanın bayrağını yüksəklərə qaldırdığım üçün çox sevincliyəm"

"Azərbaycanın bayrağını yüksəklərə qaldırdığım üçün çox sevincliyəm"<b style="color:red"></b>

"Azərbaycanın bayrağını yüksəklərə qaldırdığım və qızıl medal qazandığım üçün çox sevincliyəm".

Bunu Azərbaycan yığmasının boksçusu Alfonso Dominqes Minsk-2019 II Avropa Oyunları üçün APA-nın Belarus paytaxtına ezam olunmuş əməkdaşına açıqlamasında deyib.

81 kq çəki dərəcəsində mübarizə aparan yığma üzvü finalda Böyük Britaniya təmsilçisi Bencamin Vittakeri 3:2 hesabı ilə məğlub edərək, çempion tituluna yiyələnib. Onun bu uğuru şərəfinə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, ölkəmizin bayrağı qaldırılıb. Bu çəki dərəcəsində bürünc medalları italiyalı Simone Fiori və ermənistanlı Qor Nersesyan qazanıb.

Avropa çempionatı statusu da daşıyan Oyunların qalibi olan A. Dominqes qələbəsindən sonra sevincini gizlətməyib. O bildirib ki, bu çempionluq uğurlu yolun başlanğıcıdır: "Azərbaycana daim məni dəstəklədiyi və mənə belə bir fürsət verdiyi üçün "çox sağ ol" deyirəm. Daim irəliyə getməyi, uğur qazanmağı düşünürəm. İnanıram ki, məşqlərimi daha səylə davam etdirib, bundan da yaxşı nəticələr qazanacağam".

Boksçu qalib gəldiyi 5 döyüşün heç birinin asan keçmədiyini qeyd edib: "Hər bir döyüşün ağır keçdiyini düşünürəm. Çünki bu yarış Avropa çempionatı statusunu da daşıyırdı və bütün idmançılar buraya çox hazırlıqlı gəlmişdirlər. Hər qarşılaşmama sanki medal döyüşü kimi çıxırdım. Əgər hər hansı bir idmançı çempionluğu ürəkdən istəyirsə, onun üçün hər şey yaxşı olur. Yarışa belə düşüncə ilə yollandığımdan qızıl medal qazandım".

İki titula birdən sahib olan A. Dominqes qələbələrdən sonra verdiyi əsgər salamının da sirrini açıqlayıb. Onun sözlərinə görə, bu, vəzifəsini layiqincə yerinə yetirməyinin göstəricisi olub: "Bəli, hər bir döyüşdən sonra əsgər salamı verirdim. Bu, özüm üçün də mühüm və vacib əhəmiyyət kəsb edirdi. Yəni vəzifəmi uğurla, düzgün yerinə yetirdim, hər döyüşdən qalib ayrıldım".

Çempion Minsk-2019-un yüksək səviyyədə keçirildiyini və hansısa çətinliklə qarşılaşmadığını da sözlərinə əlavə edib: "Yarış çox gözəl şəraitdə keçirildi. Hər bir şey yaxşı idi. Təşkilatçılıqla bağlı hansısa problem olmadı və hər şeydən razı qaldım".

Qeyd edək ki, boksçumuz Avropa Oyunlarında belaruslu Mixail Dauhalyavetsi 5:0, ukraynalı Stefan Hrekulu 3:0, belçikalı Ziad El Mohoru 5:0, yarımfinalda italiyalı Simone Fiorini 4:1, finalda isə böyük britaniyalı Bencamin Vittakerə 3:2 hesabı ilə qalib gəlib.


 
Bölmənin digər xəbərləri
Usta cüdoçularımız dünya çempionatında 7 medal qazanıblar - Foto Usta cüdoçularımız dünya çempionatında 7 medal qazanıblar - Foto
Mərakeşdə veteran cüdoçular arasında dünya çempionatı keçirilib. Azərbaycan 49 ölkədən 1183 (1006 kişi, 177 qadın) idmançının mübarizə apardığı çempionatda 15 idmançı ilə təmsil olunub. Cüdo...
14.10.19
Milli komandaların baş məşqçilərinin maaşları artırıldı Milli komandaların baş məşqçilərinin maaşları artırıldı
Nazirlər Kabineti “Olimpiya idman növləri üzrə milli yığma komandaların Baş məşqçilərinə aylıq vəzifə maaşlarının təyin edilməsi haqqında” qərarında dəyişiklik edib. ...
09.10.19
Teymur Rəcəbov: Teymur Rəcəbov: "Hazırda heç nə hiss etmirəm"
“Hazırda heç nə hiss etmirəm. Yalnız həddən artıq tükənmişəm”. ...
05.10.19
Məmmədyarov: Məmmədyarov: "Azərbaycan şahmatının zəif nöqtəsi qalmayacaq"
"Teymur Rəcəbovun Dünya Kubokuna sahib olduqdan sonra kişi şahmatçılarımızın qazanmadığı rəsmi nəticələrin sayı altıya enib". ...
05.10.19
Teymur Rəcəbov Azərbaycan tarixində ilk dəfə Dünya Kubokuna sahib oldu Teymur Rəcəbov Azərbaycan tarixində ilk dəfə Dünya Kubokuna sahib oldu
Azərbaycan şahmatçısı Teymur Rəcəbov Dünya Kubokunun qalibi adını qazanıb. ...
05.10.19
Borodino döyüşü, Bordinin döyüşü - İlqar Tağıyev yazır Borodino döyüşü, Bordinin döyüşü - İlqar Tağıyev yazır
"Neftçi"nin baş məşqçisi Roberto Bordinin adı çəkiləndə nədənsə yadıma Borodino döyüşü düşür. Doğrudan da Bordinlə Borodinonun səslənişində və yazılışında oxşarlıq var. 209 il əvvəl...
29.09.19
Yığma komandanın üzvləri “JudoClub 2012”də Yığma komandanın üzvləri “JudoClub 2012”də
Cüdo üzrə böyüklərdən ibarət yığma komandanın üzvləri “JudoClub 2012”nin idman zalında olublar....
26.09.19
1:7 millimiz - İlqar Tağıyev yazır 1:7 millimiz - İlqar Tağıyev yazır
Sərlövhədə səhv getməyib. Yazının başlığı U-17 millimizin Belarus yığması ilə keçirdiyi 2 yoxlama oyununun nəticələrinə görə belə seçilib....
25.09.19
AVRO-2020 üçün 600 min ağac əkiləcək AVRO-2020 üçün 600 min ağac əkiləcək
AVRO-2020-nin oyunları 12 şəhərdə, o cümlədən Bakıda keçiriləcək final mərhələsi ilə bağlı sosial layihə gerçəkləşəcək. ...
25.09.19
Kliçko 2 milyon dollara restoranda döyüşməyə razılıq verib Kliçko 2 milyon dollara restoranda döyüşməyə razılıq verib
“Ukraynanın paytaxtı Kiyevin meri, peşəkar boks üzrə ağır çəkidə sabiq dünya çempionu Vitali Kliçko qeyri-adi təkliflə üzləşib. ...
23.09.19
“Qarabağ”a görə ağladı - Günün şəkli “Qarabağ”a görə ağladı - Günün şəkli
Avropa Liqasının qrup mərhələsinin “Qarabağ” – “Sevilya” matçında Ağdam klubunun uduzması (0:3) bu komandanın azarkeşlərini məyus edib....
20.09.19
Yüksələn Yüksələn "Qarabağ", enən "Neftçi"... - Aydın Bağırovun yazısı
Dörd oyun, dörd qələbə, on iki xal. Komanda on qol vurub, bir qol belə buraxmayıb....
18.09.19
Stadnik 2-ci dəfə dünya çempionu oldu Stadnik 2-ci dəfə dünya çempionu oldu
Qazaxıstanın paytaxtı Nur-Sultanda güləş üzrə dünya çempionatı davam edir. ...
18.09.19
Qurban Qurbanovdan nikbin açıqlamalar: “Yaxşı nəticə əldə edə bilərik” Qurban Qurbanovdan nikbin açıqlamalar: “Yaxşı nəticə əldə edə bilərik”
"Belə bir komandanın Bakıya gəlməsi, bütün Azərbaycan futbolu üçün sevindiricidir. Azarkeşlər bir ilə yaxın idi ki, bu cür kluba qarşı canlı oyun izləmirdilər. Düşünürəm ki, sabah meydanda güclü...
18.09.19
Qış Olimpiya Oyunlarının rəsmi maskotu təqdim olundu Qış Olimpiya Oyunlarının rəsmi maskotu təqdim olundu
2022-ci ildə Çinin paytaxtı Pekində keçiriləcək Qış Olimpiya Oyunlarının maskotu təqdim olunub. ...
17.09.19
© 2012 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.