https://525.az/img/pics/medium/2024-04/309563_a9dpsqeekw.jpg Qarış-qarış Zəfər
https://525.az/img/pics/medium/2024-04/311502_gkhqky4ifd.jpg Səssiz dünyanın balaca sakinləri
https://525.az/img/pics/medium/2024-01/301055_9vh7brhgcd.jpg Mir Cəlalın hekayələri: sadə mətnlər, dərin mətləblər - Dilarə Adilgil yazır
https://525.az/img/pics/medium/2024-04/311500_xw6kn8fjkv.jpg “100 illik şanlı tarix” adlı tədbir keçirilib
search
26 Aprel 2024

Dilarə onları polisə verəcək

Dilarə onları polisə verəcək

Əməkdar artist Dilarə Əliyevaya qarşı saxtakarlıq edilib.

Bu haqda Axşam.az-a danışan aktrisa bildirib ki, İnstaqramda onun adından profil açılıb:

"Bir dəfə də belə hal olmuşdu. Qızım mənim pasportumla İnstaqrama şikayət göndərdi və səhifə bağlandı. İndi də eyni hal baş verib. Gecə saatlarında sənət adamlarına profili göndərib, mənim adımdan yazırlar ki, İnstaqrama gəldim, paylaş məni. Özlərini reklam etdirirlər.

Fan səhifələrin olmasına etiraz etmirəm. Amma rəsmi profil açmaq düzgün deyil.

Nə İnstaqramda, nə də Facebook-da varam. Heç bir sosial şəbəkədən istifadə etmirəm. Əgər adıma açılan saxta səhifələr bağlanmasa, qanun çərçivəsində cəzalandıracam".

D.Əliyeva sosial şəbəkədən istifadə etməməsinin səbəbini açıqlayıb:

"Düşünürəm ki, bir profil açmaq məsuliyyət tələb edir. Gərək səhifəni hər zaman nəzarətdə saxlayasan, işlədəsən. Qorxuram ki, məni izləyənlərə vaxt ayıra bilmərəm, diqqətdən kənarda qalarlar. Ehtiyat edirəm... Münasibətləri qorumaq üçün kənarda qalmalısan. Verilişimin, rol aldığım serialın səhifəsi var. Onu işlədənlər mənim işlərimi yayımlayırlar".

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.