Ötən gün Bakının Yasamal rayonu ərazisində maşından meyit tapılıb.
Rayon Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, Bakı şəhər sakini Cəfər Axundovun meyiti “Mercedes” markalı avtomobildə aşkarlanıb. Meyitin üzərində zorakılıq əlaməti müşahidə edilməyib.
Faktla bağlı prokurorluq tərəfindən araşdırma aparılır.