"Gürcüstanın təbii qaz nəqlindəki tranzit funksiyasından aldığı qaz kvotası arıtdıqca ölkə əhalisi ciddi fayda əldə edəcək".
APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın İqtisadiyyat və davamlı inkişaf naziri Natia Turnava Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VI toplantısında "Cənub Qaz Dəhliz: Nailiyyətlər və Çağırışlar" adlı sessiyada çıxışı zamanı deyib.
O bildirib ki, hazırda 17 müxtəlif ölkə layihədə iştirak etməkdə maraqlıdır: "Nəticə etibarı ilə, bu layihə bizim ölkəmizin də – əhalimizin və müxtəlif müəssisələrimizin daha yaxşı qaz təchizatına imkan verəcək. Hazırda əsasən Avropa ölkələri olmaqla 17 müxtəlif ölkə layihədə iştirak etməyə maraq göstərir".