Oqtay RZA,
əməkdar müəllim
AMEA-nın həqiqi üzvü, ARDNŞ-nin vitse-prezidenti Xoşbəxt Yusifzadəyə
Sevinib ilk bahar mehi əsəndə,
Duyğu dənizi var Yusifzadənin!
Müdrik geoloqlar salnaməsində
İmzası, izi var Yusifzadənin!
"Üşüyüb" istidə, "yanıb" boranda,
Vüsal nəğmələri - könül tarında.
Odlar ölkəsinin tonqallarında
Alovu, közü var Yusifzadənin!
Laylar, təbəqələr sirli, soraqlı,
O isə Diogen - əli çıraqlı.
Hər an, hər dəqiqə Xəzərlə bağlı
Gecə-gündüzü var Yusifzadənin!
Qədim Pirşağıda doğulub, fəqət
Canıdır, gözüdür bütün məmləkət;
Öpər qədəmini Qaradağ, Ələt,
Mil, Muğan düzü var Yusifzadənin!
Xoşbəxt həm adıdır, həm də taleyi,
Odur ki, gül açıb arzu-diləyi.
Yoxdur təmənnası, yoxdur gileyi,
Ağsaqqal sözü var Yusifzadənin!
Ömür kitabının bəzəyi - "əla!"
Dərin yataqlardan nur ala-ala,
Neçə onilliyi salacaq yola,
Qabaqda yüzü var Yusifzadənin!