Cəbhə xəttində atəşkəs yenidən pozulub.
Azərbaycan Müdafiə Nazirliyi mətbuat xidmətindən 525.az-a verilən məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin bölmələri ötən gün Tərtər rayonunun Çaylı və Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında yerləşən mövqelərdən atəşkəs rejimini pozublar.
Düşmən cavab atəşi ilə susdurulub.