Qaradağ rayonunda “KAMAZ” markalı 2 yük avtomobili toqquşub.
525.az-ın Fövqəladə Hallar Nazirliyinin rəsmi satına istinadən verdiyi məlumata görə, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, hər iki yük avtomobili deformasiyaya uğramış, 1 nəfər hadisə yerində ölüb.
Cəsəd deformasiyaya uğramış avtomobildən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.