Bu haqda mərhumun qızı Sevinc Hüseynova Kulis.Az-a məlumat verib.
Sevinc Hüseynovanın sözlərinə görə Xalq Yazıçısı ilə vida mərasimi saat 12:00-dan 14:00-a qədər "Azdrama"da keçiriləcək.
İsa Hüseynov I Fəxri Xiyabanda, Xalq Şairi Bəxtiyar Vahabzadənin yanında dəfn olunacaq.
Azərbaycanın görkəmli yazıçısı İsa Hüseynov (Muğanna) dünən gecə dünyasını dəyişib.
Xatırladaq ki, yazıçı İsa Hüseynov xroniki ürək çatışmazlığından əziyyət çəkirmiş. S. Hüseynlinin sözlərinə görə, atası yataq xəstəsi olmayıb. Gecə saat 00.00 radələrində isə qəfildən dünyasını dəyişib.