|
|
|
|
Bu gün sosial şəbəkələrdə Dövlət Bayrağı Meydanında bayrağın endirilməsi əks olunan fotoşəkillər yayıldı. ANS PRESS-in məluamtına görə, fotoşəkillərin bəzilərində bayrağın ümumiyyətlə çıxarıldığı görünür.
Məsələni aydınlaşdırmaq üçün Dövlət Bayrağı Meydanı ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin rəhbəri Hüseyn Azəri ANS PRESS-ə bildirdi ki, bayrağın endirilməsi, sonradan çıxarılmasının səbəbi paytaxtda əsən güclü küləklə bağlıdır.
Onun sözlərinə görə, külək saniyədə 22-25 metrdən çox sürətlə əsəndə bayrağa ziyan dəyir. Bayrağı qorumaq üçün onun çıxarılmasına qərar verildi.
Hüseyn Azəri bildirdi ki, külək sakitləşəndən sonra bayraq yenidən qaldırılacaq.