Penitensiar Xidmətdə yeni təyinatlar olub
Lent.az-ın qurumun mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, ədliyyə nazirinin müavini, penitensiar xidmətin rəisi ədliyyə general-leytenantı Mədət Quliyevin əmri ilə Penitensiar Xidmətin Həbsxanasının rəisi vəzifəsinin müvəqqəti icrası ədliyyə polkovniki Fikrət Qafarova tapşırılıb.
M. Quliyevin digər əmri ilə 1 saylı cəzaçəkmə müəssisəsinin rəisi vəzifəsinin müvəqqəti icrası isə ədliyyə polkovnik-leytenantı Rövşən Niyazova həvalə edilib.