"Yuventus"un yeni transferi Alvaro Morata yeni komandası ilə ilk məşqində zədələnib.
Qol.Az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, 21 yaşlı hücumçu bu səbəbdən məşqi yarımçıq tərk edib. Onun durumunun ciddi olub-olmadığı tibbi müayinədən keçdikdən sonra müəyyənləşəcək.
Qeyd edək ki, A.Morata bu il iyulun 19-u "Real"dan 20 milyon avroya "Yuventus"a transfer olunub.