Avqustun 9-da baş tutmuş Soçi görüşü regiondakı münaqişələrin həllinə yol açıb.
APA-nın “Armenpress”ə istinadən verdiyi məlumata görə, bunu Ermənistanda səfərdə olan Kanada parlamentinin üzvü, Kanada-Ermənistan dostluq qrupunun sədri Harold Albrext deyib.
H.Albrext Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həllinin olmadığını bildirib: “Kanada əmindir ki, ən yaxşı yol danışıqları davam etdirməkdir. Regionun liderləri sülhə maraq nümayiş etdirməlidir”.