Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) qanunsuz tələbə köçürməsi ilə bağlı Təhsil Nazirliyinə müraciət göndərməsi barədə yayılan məlumatı təkzib edib.
TQDK-nın mətbuat katibi Elnur Nağızadənin Lent.az-a verdiyi məlumata görə, TQDK tərəfindən Təhsil Nazirliyinə belə bir məlumat göndərilməyib. Bu, tamamilə yanlış məlumatdır.
Qeyd edək ki, mətbuatda TQDK-nın Təhsil Nazirliyinə qanunsuz tələbə köçürmələrinə dair müraciət göndərdiyi barədə məlumat yayılıb. Həmin müraciətdə 3000 tələbənin köçürmə adı ilə qanunsuz yolla Azərbaycandakı bəzi ali məktəblərə qəbulundan söhbət gedir.