«Mədəni İnkişaf Mərkəzi» İctimai Birliyi Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə iki layihə həyata keçirəcək.
Bu barədə Birlikdən məlumat verilib.
Layihələrdən biri sözügedən Şuranın 2014-cü il hesabatını əks etdirəcək filmin çəkilişidir. Təxminən 20 dəqiqəlik, 3 hissədən ibarət ekran əsərində Şuranın yenilikçi tədbirləri, Bakıda və regionlarda fəaliyyət göstərən 400-dən artıq QHT-nin gördüyü işlərin vizual təsviri öz əksini tapacaq.
2-ci layihəyə görə, adıçəkilən İctimai Birliyin sədri Gəray Əlibəyov 29 sentyabr-2 oktyabr tarixlərində Argentinaya səfər edəcək. Səfər zamanı G.Əlibəyov Argentinanın «Qardaşlaşmış şəhərlər və yerli hökumət» beynəlxalq təşkilatının keçirdiyi «Mədəniyyətin 27-ci gündəliyi» layihəsi çərçivəsində təşkil olunan «Mədəniyyətin 11-ci sessiyası»nda iştirak edəcək. 2015-ci ildə dünya mədəniyyət sahəsində keçiriləcək Qurultaya hazırlıq məqsədi daşıyan tədbirdə birlik sədri «Azərbaycan mədəniyyəti və Azərbaycan Respublikası ərazisində keçirilən beynəlxalq festivallar» mövzusunda məruzəylə çıxış edəcək.
S.ABDULLAYEVA