"Azərbaycanın ikinci telekommunikasiya peyki olan “Azerspace 2”-nin orbitə çıxarılması istiqamətində intensiv iş aparılır".
Lent.az-ın məlumatına görə, bunu rabitə və informasiya texnologiyaları nazirinin birinci müavini İltimas Məmmədov bildirib.
O qeyd edib ki, hazırda tenderin keçirilməsinə hazırlıq prosesi gedir. "Bu prosesə yüksək səviyyəli ekspertlər cəlb olunur".
Nazir müavini bildirib ki, hazırda nazirlik tərəfindən peykin uyğun texniki parametrləri müəyyən olunur , tenderlə bağlı əsas meyarlar müəyyənləşdirilir. "Bununla yanaşı, aşağıorbitli peyklərlə əlaqədar lazımi işlər həyata keçirilir. İlin sonunadək müvafiq qərar qəbul olunacaq".