Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı "İŞİD" terror təşkilatı ilə bağlı kəşfiyyat xidmətlərindən onlara daxil olan məlumatları açıqlayıb.
APA-nın məlumatına görə, M. Qurbanlı bu gün Qafqaz Müsəlmanları İdarəsində keçirilən tədbirdə bildirib ki, onlara daxil olan dəqiq məlumatlara əsasən, müxtəlif ölkələrdən "İŞİD"-ə qoşulanlar arasında ən az olanı azərbaycanlılardır.
O qeyd edib ki, vətəndaşları bu təşkilata axın edən ölkələr arasında Azərbaycan passivdir: “Qərbi Avropa ölkələrindən gələnlər isə "İŞİD"-ə toplaşanların 30 faizini təşkil edir”.