Bu gecə Bakının Sabunçu rayonu ərazisində ölümlə nəticələnən ağır yol qəzası baş verib.
525.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Xanlar rayon sakini İntiqam Məmmədovun idarə etdiyi “VAZ-2107” və Bakı şəhər sakini Dəyanət Axundovun idarə etdiyi “Ford-Tranzit” markalı avtomaşınlar toqquşub.
Nəticədə İntiqam Məmmədov hadisə yerində ölüb. Digər maşının sürücüsü Dəyanət Axundov və sərnişini Pərviz Hüseynov ağır yaralanıblar. Yaralılar xəstəxanaya yerləşdiriliblər.