Azərbaycanda daha bir məktəbli intihar edib. Bu barədə APA-ya Ağstafa rayon Prokurorluğundan bildirilib.
Hadisə rayonun Eynallı kəndində qeydə alınıb. Kənd sakini, 16 yaşlı Günel İmamverdiyevanın meyiti yaşadığı evin həyətində ağacdan asılmış vəziyyətdə aşkar edilib. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.
Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.