Savalan MƏMMDƏLİ
“Həyatı yaşamağın iki yolu var. Birincisi heç bir şey möcüzə deyilmiş kimi yaşamaq, ikincisi isə hər şey sanki möcüzədir kimi yaşamaq. Mən ikincisinə inanıram.”
Albert Eynşteyn
Keçən əsrin ən böyük alimlərindən biri olan Eynşteyn, “mən hər şeyin möcüzə olduğuna inanıram” deyir. Həqiqətən də geniş şəkildə kainatı araşdırdıqda və nəticələri səmimi şəkildə şərh etdikdə hər şeyin möcüzə olduğu aydın olur. Lakin düşünəbilən hər insanın bu mövzu üzərində ciddi şəkildə düşünməyi lazımdır. Çünki, kainatın hər tərəfində bir nizam var. Və bütün ölçülər ən ideal nisbətdədir. Misal üçün, nəfəs almağımız bir möcüzədir. İnsan oksigenlə tənəffüs edir. Lakin oksigenin nisbətinin 21% olmağı bizim yaşamağımızı təmin edir. Yəni oksigen nisbəti olduğu nisbətdən biraz aşağı olsa boğularıq, biraz yuxarı olsa dünyada yanğınların sayı artar. Lakin, hər gün oksigen nisbəti eynidir. Bəs bu oksigen nisbəti necə qorunur? - Araşdırdığımız zaman isə təbiətdə oksigeni təmin edənin bitkilər ağaclar olduğu aydın olur. Son zamanlar isə əslində bitkilərin oksigenin cəmi 35%-ni təmin etdiyini, oksigenin 65%-ni okenların dibində yaşayan sioanobakteriyaların təmin etdiyi aşkar olundu. Burda çox maraqlı və möcüzəvi nüansalar var. Nə bitkilərin, nə də sianobakteriyaların ağlı və şüuru yoxdur. Bəs bu ağılsız, şüursuz, dilsiz bitkilər və bakteriyalar canlılığın yaşamağı üçün sırf 21% oksigenə ehtiyac olduğunu hardan bilir, və bunu necə təmin edirlər? Nəyə görə milyon illərdir bu nisbət pozulmur və nəyə görə ən ideal formada qorunub saxlanılır.? - Təbii ki, bu nisbəti qoruyanın ağılsız şüursuz bitkilərin və bakteriyaların özü olduğunu iddia etmək ağılsızlıq olar.
Ağılsız, şüursuz bitkilərin və ağacların bir bakteriya növü ilə birləşib oksigen nisbətini canlılığın ehtiyac duyduğu nisbətdə saxlamağı bir möcüzədir. Və təbii ki, bu möcüzəni yaradan və hər an nəzarəti altında tutan da, Üstün güc sahibi olan Allahdır. Əslində ətrafımızda bu cür möcüzlərin sayı sonsuzdur. Hər şeyin diqqətli və vicdanlı şəkildə araşdırıldığı təqdirdə möhtəşəm bir yaradılış möcüzəsi olduğunu müşahidə etməyimiz çətin deyil. Çünki planetlər arasındakı məsafənin ən ideal ölçüdə olmağı, yer kürəsi ilə günəş arasındakı məsafənin sırf yer kürəsində canlılığın yaşayabilməsi üçün ehtiyac olan ölçüdə olmağı və milyon illərdir bu ölçünün dəyişməməyi, günəşin indiki ölçüsündə olmağı, yer kürəsinin öz oxu ətrafında fırlanma sürətinin sırf ehtiyac olan nisbətdə olmağı və s milyonlarla bunun kimi amillər açıq bir yaradılışı isbat edir. Bütün bu sonsuz sayda amillərin tam ehtiyacımız olan nisbətdə olmağı və davamlı olaraq qorunmağı açıq bir möcüzədir.