Hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzov Milli Məclisə (MM) seçkilərdə adıçəkilən partiyanın maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsi olub.
Bu, Mərkəzi Seçki Komissiyasının "2015-ci il noyabrın 1-nə təyin edilmiş MM-ə seçkilərdə YAP-ın səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin qeydə alınması haqqında" qərarında əksini tapıb.
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sabiq sədri Qərib Məmmədov, "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin sabiq sədri Tağı Əhmədov, millət vəkilləri Məlahət İbrahimqızı, Hüseynbala Mirələmov və Sədaqət Vəliyeva da daxil olmaqla, 157 nəfər hakim partiyanın səlahiyyətli nümayəndələri təsdiq olunublar.
KAMİL