Tanınmış aktyor Kadir İnanır adına saxta sosial şəbəkə hesabları açılmasına əsəbləşib.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, heç bir sosial şəbəkədən istifadə etmədiyini bildirən aktyor hətta ölümlə hədələndiyini deyib:
“Uzun müddətdir, adıma saxta profillər açıb, kütlə içərisində məni alçaltmağa çalışan saxtakarlara sözüm var. Mən imanlı insanam, ölümdən qorxmuram. Düşündüklərimi hamıya açıq-aşkar söyləyirəm. Sülh tərəfdarı olaraq yaşamağa və mübarizəmə davam edəcəyəm. Bu sosial şəbəkə saxtakarlarına heç kəs inanmasın”.