– 1981-ci ildən BMT-nin qərarına əsasən, 21 sentyabr “Beynəlxalq Sülh Günü” elan olunub. Bu əlamətdar günü biz artıq neçə illərdir ki, müxtəlif səpkili tədbirlərlə qeyd edirik. Artıq bir ənənə olaraq, hər il avqust ayının 21-dən sentyabr ayının 21-dək olan dövrü ölkəmizdə təşəbbüsümüzlə “Sülh aylığı” kimi elan edirik, müvafiq mərkəzi və yerli icra hakimiyyəti orqanlarına, QHT-lərə, icmalara müraciətlər ünvanlayırıq, müxtəlif silsilə tədbirlərin keçirilməsini tövsiyə edirik. Bu da özlüyündə sülh mədəniyyətinin təbliğinə, insanların sülh diləyinin təcəssümünə, bu istiqamətdə əməkdaşlığa mühüm töhfələr verir. Bu baxımdan ölkəmizin rayon və şəhərlərində, qəsəbə və kəndlərdə keçirilən “Sülh aylığı” insanlar arasında hüquq mədəniyyəti ilə yanaşı, sülh mədəniyyətini təbliğ etməklə Minilliyin İnkişaf Məqsədlərinə xidmət edir.