Bu gecə Bakının Qaradağ rayonu Sahil qəsəbəsində 36 yaşlı qadın küçənin ortasında vəhşicəsinə döyülüb.
Qaradağ rayon Polis İdarəsinin 38-ci polis bölməsindən ANS PRESS-ə verilən məlumata görə, 1977-ci il təvəllüdlü Yeganə Şirinova möhkəm döyülüb.
Qadın ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Onun üz sümüyü və burnunda sınıqlar olub. Qadının kim tərəfindən döyülməsi açıqlanmayıb. Faktla bağlı araşdırma aparılır.