İran nüvə proqramı üzrə beynəlxalq vasitəçilərdən ibarət "altılıq" qrupu (Rusiya, ABŞ, Böyük Britaniya, Çin, Fransa və Almaniya) ilə danışıqları yanvarın sonunda Qahirədə keçirməyi təklif edib.
Trend-in çərşənbə günü Fars agentliyinə istinadən verdiyi məlumata görə, bunu İranın xarici işlər naziri Əli Əkbər Salehi deyib.
Qeyd edək ki, 2012-ci ildə "altılıq" nümayəndələri və Tehran üç raund (İstanbul, Bağdad və Moskvada) görüş keçiriblər.