Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclası Gəncədə keçirilə bilər.
APA-nın əldə etdiyi məlumata görə, görüşün yeri hələlik tam dəqiqləşməsə də, Gəncə variantı üzərində dayanıldığı bildirilir.
Xatırladaq ki, görüşün bu il fevralın 18-də keçirilməsi nəzərdə tutulur. Bu məqsədlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və yüksək səviyyəli digər dövlət və hökumət rəsmiləri Azərbaycana səfər edəcək.
Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının son iclası ötən il yanvarın 15-də keçirilib.