Türkiyənin Şırnaq vilayətinin Cizre rayonunda PKK terrorçularına qarşı ötən il dekabrında başlayan əməliyyat başa çatıb.
APA-nın xəbərinə görə, bu barədə Türkiyənin daxili işlər naziri Əfqan Əla bildirib. Nazir əməliyyatların bu gün günorta saatlarında yekunlaşdığını, ötən il dekabrın 14-də elan olunan komendant saatını bir müddət davam edəcəyini deyib:
“Rayonda geniş çaplı hərbi əməliyyatlar başa çatıb. Bundan sonra əməliyyat-axtarış tədbirləri, təmizləmə işləri aparılacaq. Həmçinin ərazilərin minalardan və digər partlayıcı qurğulardan təmizlənməsinə başlanacaq”.