“Azərbaycanda qadınlarla bağlı bir sıra uğurların əldə edilməsinə baxmayaraq, bir çox çətinlik hələ də qalmaqdadır. Ölkədə hələ də erkən nikah halları müşahidə edilir”.
APA-nın xəbərinə görə, bunu BMT-nin İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsi Ercan Murat deyib. O qeyd edib ki, ölkədə qərar qəbuletmə prosesində gender bərabərliyinə nail olmağa ehtiyac var:
“Bundan başqa, biz selektiv aborta qarşı mübarizə aparmalıyıq, həmçinin ərləri tərəfindən tərk edilən qadınları qorumalıyıq”.