https://525.az/img/pics/medium/2024-04/311600_nt8z9zt9t4.jpg “525-ci qəzet”in 27 aprel sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2024-04/311508_kdz8nldx8a.jpg Müəllimlərə metodik dəstək keyfiyyət və inkişaf üçün vacib şərtə çevrilib
https://525.az/img/pics/medium/2024-04/311586_0k7qtn8kvv.jpg Güney ziyası: Sədyar Vəzifə Eloğlu
https://525.az/img/pics/medium/2024-04/311544_mzwymtvipe.jpg ...Gözlük gözlərimin əl ağacıdır, Gözlüyüm qoymur ki, yıxıla gözüm. - Elxan Yurdoğludan poetik nümunələr
search
26 Aprel 2024

"Qəbələ"dən gümüş medal

"Qəbələ"dən gümüş medal

AFFA-nın aşağı yaş qrupları üzrə komandalar arasında təşkil etdiyi liqalarda növbəti oyunlar keçirilib.

Qol.az-ın "Qəbələ"nin saytına istinadən yaydığı xəbərə görə, “Qəbələ”nin U-19 komandasının “Bakı” ilə qarşılaşması rəqib matça gəlmədiyindən baş tutmayıb. Bu matçla bağlı qərarı AFFA-nın İntizam Komitəsi verəcək.

“Qırmızı-qaralar” 18 oyundan sonra 49 xalla 2-ci pillədə qərarlaşıb. Bakcell U-17 Liqasına yekun vurulub. “Qırmızı-qaralar” “İnter”lə son turun səfər oyununda 3:1 hesabı ilə qalib gəlib. 26 matçda 63 xal toplayan “Qəbələ” 2-ci pilləni tutub. Komandanın hücumçusu Cavidan Qasımlı 21 qolla bombardirlər yarışında 3-cü olub.

Çempionluğu mövsüm başa çatmamış rəsmiləşdirən U-15 də son matçını keçirib. “Qəbələ” səfərdə “Rəvan”ın qapısına 11 cavabsız qol vurub. Bununla da “qırmızı-qaralar” çempionatı 100 xalla bitirib. 34 oyunda 33 qələbə qazanıb, 1 heç-heçə edən komanda 155 qol vurub, 13-nü buraxıb.
Zona yarışlarında uğurla çıxış etmiş U-14, U-12, U-11 və U-10 komandaları isə final mərhələsində mübarizəni davam etdirib. U-11 1/8 finalda Siyəzən UGİM-inə 2 dəfə qalib gəlib – 8:3, 1:0. U-12 isə 1/4 finala “Füzuli” üzərində qələbələrlə yüksəlib – 10:2, 3:0. U-14 Liqasında isə 1/4 finalın ilk oyunu keçirilib. Komanda “Vətən” RİOEUG-la ev oyununda 3:0 hesabı ilə qalib gəlib.

U-10 isə artıq yarımfinaldadır. “Qırmızı-qaralar” 1/4 finalın İOEUGİM (Sumqayıt) ilə oyunlarında səfərdə daha çox qol vurduğu üçün qalib gəlib – 1:1, 2:2. U-19 Qızlar Liqasında çıxış edən “Qəbələ” XVI turda “Neftçi”yə 2:3, XVII turda “Fidan”a 0:6 hesabı ilə uduzub. Hesabında 17 xal olan komanda 5-ci pillədə qərarlaşıb.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.