Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsindən APA-ya verilən məlumata görə, Maştağa qəsəbə sakini, 1955-ci il təvəllüdlü Leyla Ənvər qızı Əliyeva polisə müraciət edərək bildirib ki, Zəkayil adlı şəxs nəvəsini ali məktəbə düzəltmək adı ilə ondan 50 min manat alıb. Lakin o, vədinə əməl etməyib.