https://525.az/img/pics/medium/2024-04/311600_nt8z9zt9t4.jpg “525-ci qəzet”in 27 aprel sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2024-04/311508_kdz8nldx8a.jpg Müəllimlərə metodik dəstək keyfiyyət və inkişaf üçün vacib şərtə çevrilib
https://525.az/img/pics/medium/2024-04/311586_0k7qtn8kvv.jpg Güney ziyası: Sədyar Vəzifə Eloğlu
https://525.az/img/pics/medium/2024-04/311544_mzwymtvipe.jpg ...Gözlük gözlərimin əl ağacıdır, Gözlüyüm qoymur ki, yıxıla gözüm. - Elxan Yurdoğludan poetik nümunələr
search
26 Aprel 2024

“Qalatasaray”ın baş məşqçisi rəsmən təsdiqləndi

“Qalatasaray”ın baş məşqçisi rəsmən təsdiqləndi
Növbəti mövsüm “Qalatasaray”ı çalışdıracaq məşqçinin adına rəsmən aydınlıq gəlib.

Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, “sarı-qırmızılılar” Yan Olde Riekerinki postunda saxlamaq qərarına gəlib.
 
Hollandiyalı mütəxəssis “cim-bom”la 1 illik müqavilə imzalayıb. Ötən mövsümün sonlarında komandanın “sükanı arxası”nda müvəqqəti olan Riekerink artıq baş məşqçi kimi təsdiqlənib. Anlaşmaya görə, 53 yaşlı mütəxəssisin illik maaşı 900 min avro olacaq. Müqayisə üçün deyək ki, onun maaşı əvvəlkindən 6 dəfə artırılıb.
 
Əgər “Qalatasaray” növbəti mövsüm Superliqa çempionu olsa, Riekerink daha 250 min, Türkiyə Kubokunu qazanarsa 125 min avro mükafat qazanacaq.
 
Qeyd edək ki, “Qalatasaray” ötən mövsümün son 12 oyununu (9 liqa, 3 kubok) Yan Olde Riekerinkin rəhbərliyi altında keçirib.

Onun rəhbərliyi altında “cim-bom” finalda “Fənərbaxça”nı (1:0) məğlub edərək Türkiyə Kubokunun qalibi olub.
Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.