Qarşıdakı Novruz bayramınadək Azərbaycanın bütün pensiyaçıları mart ayının təqaüdlərini alacaqlar.
«APA-Economics»in məlumatına görə, bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslimov bildirib.
Onun sözlərinə görə, hazırda DSMF-nin 40-50 mln. manat məbləğində sərbəst vəsaiti mövcuddur: «Bununla yanaşı, martın ilk iki həftəsində Fonda daxil olacaq vəsaitlər, həmçinin dövlət büdcəsindən Fond üçün nəzərdə tutulan transfertlər martın 19-dək ölkənin bütün pensiyaçılarına mart ayının təqaüdlərini verməyə imkan yaradacaq».