https://525.az/img/pics/medium/2024-04/311600_nt8z9zt9t4.jpg “525-ci qəzet”in 27 aprel sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2024-04/311508_kdz8nldx8a.jpg Müəllimlərə metodik dəstək keyfiyyət və inkişaf üçün vacib şərtə çevrilib
https://525.az/img/pics/medium/2024-04/311586_0k7qtn8kvv.jpg Güney ziyası: Sədyar Vəzifə Eloğlu
https://525.az/img/pics/medium/2024-04/311544_mzwymtvipe.jpg ...Gözlük gözlərimin əl ağacıdır, Gözlüyüm qoymur ki, yıxıla gözüm. - Elxan Yurdoğludan poetik nümunələr
search
26 Aprel 2024

Qvardiolanın "Mançester Siti"də yeni qaydaları

Qvardiolanın "Mançester Siti"də yeni qaydaları

"Mançester Siti"nin futbolçusu Qael Klişi baş məşqçisi Pep Qvardiolanın yeni qaydaları haqda danışıb.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, o, təcrübəli mütəxəssisin bazaya pizza gətirilməsini qadağan etdiyini deyib.

Bundan başqa o, Qvardiolanın çəkisi artan oyunçulara da sərt qadağalar qoyduğunu bildirib.

Belə ki, ideal çəkisindən uzaq olan futbolçular hələ də komanda ilə hazırlıqlarda iştirak etmir.

Klişi bildirib ki, Qvardiolaya görə qapıçılar ayaqlarından yaxşı istifadə etməli, müdafiəçilər topla daha yaxşı oynamağı bacarmalıdır.

Klişi onu da qeyd edib ki, baş məşqçilərinin fikrincə, futbol 11 yarımmüdafiəçi ilə belə oynanıla bilər.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.