“Barselona” qapıçı Mark-Andre ter Stegenlə yeni müqavilə imzalayacaq.
Qol.az-ın İspaniya mətbuatına istinadən verdiyi xəbərə görə, alman qapıçının Kataloniya klubu ilə hazırkı müqaviləsi 2019-cu ilə kimi nəzərdə tutulub. “Barselona” rəhbərliyi sözləşməni daha 2 illiyinə uzatmaq fikrindədir.
24 yaşlı qapıçının əvəzedicisi isə tezliklə “Ayaks”dan transfer ediləcək Yasper Sillessen olacaq.