Vatikanda kardinallar bu gün də yeni papanı seçə bilməyiblər.
Tarixi Sikstin Kapellasının bacasından yenə qara tüstü çıxıb.
Dünən bir nəticəyə gələ bilməyən kardinallar bu gün sabah saatlarında ikinci dəfə toplanıblar. Ancaq 115 kardinal yenə razılığa gələ bilməyib. Sant Peter meydanında ağ tüstünü gözləyən katoliklər yenə qara tüstüylə qarşılaşıblar.
Kardinallar yeni papanı seçənə qədər sabah iki, günortadan sonra iki olmaqla hər gün dörd səsvermə keçiriləcək. Seçkilərin üçüncü turu Türkiyə vaxtıyla saat 17:00-da başlayacaq.
TRT