Türkiyədə FETÖ əməliyyatı çərçivəsində Milli İstihbarat (kəşfiyyat) Təşkilatının (MİT) 87 əməkdaşı vəzifədən uzaqlaşdırılıb.
APA-nın “Hüriyet”ə istinadən verdiyi məlumata görə, 15 iyul tarixindəki çevriliş cəhdindən sonra şübhə duyulan 141 MİT əməkdaşından 100-ü ilə bağlı aparılan araşdırma başa çatıb.
Onlardan 87-si orqandan xaric edilib. 52 nəfər haqqında hazırlanan dosye prokurorluğa göndərilib.
İşdən uzaqlaşdırılanların dövlət qurumlarında işə qəbulu qadağan olunub. 41 əməkdaş haqqında aparılan istintaq da yaxın günlərdə tamamlanacaq.