Yunus Emre İnstitutu “Tanpınarı kəşf edirəm” adlı esse yarışması elan edib.
İnstitutdan 525.az-a verilən məlumata görə, müsabiqə Türkiyənin məşhur yazıçısı Əhməd Hamdi Tanpınar yaradıcılığını Azərbaycan oxucusuna daha yaxından tanıtmaq məqsədilə həyata keçirilir.
Yarışmaya Tanpınarın yaradıcılığı haqda 7000 işarədən başlayıb 10000-dən artıq olmayan, "Times New Roman" şrifti ilə yazılmış esselər qəbul olunacaq.
Müsabiqənin nəticələri dekabrın 15-də Bakı Dövlət Universitetində keçiriləcək konfransda elan olunacaq.
İnstitut esseləri qalib elan olunacaq 5 müəllif üçün mükafat olaraq Türkiyənin 5 şəhərinə 5 günlük səyahət paketi təsis edib.
Cavid QƏDİR