https://525.az/img/pics/medium/2024-04/311600_nt8z9zt9t4.jpg “525-ci qəzet”in 27 aprel sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2024-04/311508_kdz8nldx8a.jpg Müəllimlərə metodik dəstək keyfiyyət və inkişaf üçün vacib şərtə çevrilib
https://525.az/img/pics/medium/2024-04/311586_0k7qtn8kvv.jpg Güney ziyası: Sədyar Vəzifə Eloğlu
https://525.az/img/pics/medium/2024-04/311544_mzwymtvipe.jpg ...Gözlük gözlərimin əl ağacıdır, Gözlüyüm qoymur ki, yıxıla gözüm. - Elxan Yurdoğludan poetik nümunələr
search
26 Aprel 2024

“Azərbaycan millisinin futbolçuları təyyarənin döşəməsində yatıblar”

“Azərbaycan millisinin futbolçuları təyyarənin döşəməsində yatıblar”

Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts DÇ-2014-ün seçmə mərhələsində Portuqaliyaya 0:2 hesabı ilə uduzduqların oyundan sonra Almaniya mətbuatına açıqlama verib.

Qol.Az-ın məlumatına görə, “Bild” qəzetinə müsahibəsində o bildirib ki, Lüksemburqla qarşılaşmadan sonra, Portuqaliya ilə oyun ərəfəsində komandası çox yorğun olub. Azərbaycan millisi üçün ayrılan təyyarənin çox darısqal olduğunu söyləyən alman məşqçi futbolçuların normal istirahət edə bilmədiyini deyib.

“Bild” qəzetinin iddiasına görə, təyyarə o qədər balaca olub ki, hətta futbolçular döşəmədə yatıblar. Qeyd edək ki, bu iddianın doğru olması şübhə doğursa da, Foqts özü məlumatı təkzib etməyib: “Bizə səhv təyyarə göndərilmişdi. Belə şeylər inanılmazdı”.

Berti Foqts Portuqaliya məğlubiyyətinin bir səbəbini də klublarda görüb. O qeyd edib ki, klub komandalarında hazırlıq lazımi səviyyədə deyil. Almaniyalı mütəxəssis yerli bəzi məçqçilərin millinin təlim-məşq toplanışını ləğv etməyə çalışdırlarını da qeyd edib: “Onlar görünür FİFA-nın təqvimi haqda heç vaxt eşitməyiblər”.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.