https://525.az/img/pics/medium/2024-04/311600_nt8z9zt9t4.jpg “525-ci qəzet”in 27 aprel sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2024-04/311508_kdz8nldx8a.jpg Müəllimlərə metodik dəstək keyfiyyət və inkişaf üçün vacib şərtə çevrilib
https://525.az/img/pics/medium/2024-04/311586_0k7qtn8kvv.jpg Güney ziyası: Sədyar Vəzifə Eloğlu
https://525.az/img/pics/medium/2024-04/311544_mzwymtvipe.jpg ...Gözlük gözlərimin əl ağacıdır, Gözlüyüm qoymur ki, yıxıla gözüm. - Elxan Yurdoğludan poetik nümunələr
search
26 Aprel 2024

Fariz Məmmədov: “Mən çempion doğulmuşam”

Fariz Məmmədov: “Mən çempion doğulmuşam”

Xəbər verdiyimiz kimi, “Qəbələ” boks klubunun nüməyəndəsi, peşəkar boskçu Fariz Məmmədov ötən həftə 2013-cü ildə keçirdiyi ilk reytinq döyüşündə - təcrübəli polşalı boksçu Mariuzs Biskupski üzərində qələbə qazanıb. F.Məmmədov döyüşlə bağlı Qol.Az saytının suallarını cavablandırıb

- Son döyüşün haqda təəsüratlarını bilmək istərdik.

- Bu döyüşün hazırlığı çox ağır keçdi. Əvvəlcə əlimi əzdim, sonra xəstələndim. Ən pis təsir edən isə yaxın dostum Mübariz Nəcəfovun vaxtsız dünyasını dətişməsi oldu. Hazırlıq prosesində belə bir dostumu itirməyim mənə mənəvi zərbə oldu.  Döyüşə çıxmağa iki gün qalmış isə xəstələndim. Hava çox soyuq idi. Bundan başqa yarışa on gün qalmış rəqibimi dəyişdilər. Təsəvvür edin, 2-3 ay almaniyalı boksçuya qarşı hazırlaşıram, döyüşə on gün qalmış isə deyirlər ki, başqa rəqiblə döyüşəcəksən. Yeni rəqibim polşalı Mariuzs  Biskupiski oldu.  Məşqçim bildirdi ki, onunla döyüşmək sən tərəfdən qeyri-peşəkar addım olar. Çünki belə bir güclü boksçuya qarşı hazırlaşmadan döyüşə çıxmaq, riskli idi. Biskupiski 2012-ci ildə 11 dəfə yarışa çıxıb. Bu da onun gücündən xəbər verir. Peşəkar boksda bir il ərzində bu qədər yarışa çıxmaq xeyli məşq tələb edir. Demək istəyirəm ki, çox təcrübəli boksçu idi. Ancaq uşaqlıqdan xasiyyətim belədir ki, güclülərə qarşı mübarizə aparmaq istəmişəm, seçilmişlərlə yarışmışam. Mənə çox deyildi ki, bu riskdir, döyüşə çıxmaq olmaz. Hərçənd fikirləşdim ki, onsuz da yeddi il gecikmişəm, vaxt itirmək olmaz. Yarışdan imtina etsəydim, növbəti döyüşə bir də may ayında çıxa bilərdim. Ancaq imtina etmədim. Risk etməyi sevirəm. Döyüş də gərgin keçdi.  Rəqibim 45 döyüşdən 19-da qələbə qazanıb. Mənim isə bu, peşəkar rinqdə 15-ci döyüşüm idi. Məlum səbəblərdən son səkkiz ildə  ikinci döyüşüm oldu. Birinci döyüşümdə erməni boksçusuna qalib gəldim. Lakin erməniyə qalig gələn boksçu Fariz yox, azərbaycanlı Fariz idi. Burada xarakter də öz sözünü dedi. Həqiqətən də bu qədər fasilədən sonra rinqə çıxıb qalib gəlmək asan deyil. Son döyüşüm isə altı raundan ibarət oldu. Allaha şükür ki, qalib gəlib, vətənə üzü ağ döndüm.

- Döyüşdə üzündən xeylı zədə almışdın. Döyüş çox çətin oldu?

- Boksda bütün döyüşlər ağır olur. Peşəkar boksda zəif rəqib olmur. Rəqibim həm həvəskarlar, həm də peşəkarlar arasında Polşa çempionu idi. Ümumilikdə 150-dən artıq döyuşü olub. Avropa çempionatında ikinci yeri tutub. Birinci raunddan sonra hiss etdim ki, o, karyeramdakı ən çətin rəqibdir. Həqiqətən ağır döyüş oldu. Yuxarıda qeyd etdiyim səbəblərdən bir qədər də ağır keçdi. Üzümə baxanda da bilinir.

- Yeddi illik fasilədən sonra indi fiziki durumun necədir?

- Azərbaycanı Almaniyada təmsil edən peşəkar boksçu Azad Əzizov və oradakı məşqçilər belə bir söz dedilər ki, bugünkü Fariz 2003-cü ildəki Farizə bənzəyir. Çox sevindim bu sözə. Mənim üçün böyük stimul oldu. Tam əvvəlki formama düşməsəm də, özümdə gündən-günə inkişafı hiss edirəm. Yəqin ki, ilin axırında yüz faiz formada olacağam.

- Demək olarmı artıq sənin üçün təzə mərhələ başlayıb?

- Bəli. 2004-cü ilə qədər olan döyüşlərimi unutmuşam, onları qoyduq qırağa. Fariz Məmmədov təzədən doğulub, təzədən boksa başlayıb. Hər şey normaldır. İndi 33 yaşım var. Azərbaycanda belə xəstəlik var, 27 yaşdan sonra boksu atırlar, deyirlər qocaldım. Bu, mənə çatmır. Bu çox səhv fikirdir. Statistikaya baxsaq görərik ki, bütün məşhur boksçuların, 35-36 yaşa qədər döyüşüb. Bu yaşda xeyli dünya çempionu olub. Bu yaxınlarda məşhur boksçu Bernard Hopkins 48 yaşında dünya çempionu oldu. Peşəkar boksda belə bir qanun var, boksçu nə qədər yaşlıdırsa, o qədər də təhlükəli olur. Amerika boksçuları cavan boksçulara “apelsin” deyir. Yəni nə qədər təcrübəli olsan, yaxşıdır. Həbsdən çıxandan sonar isə hamı mənə deyirdi ki, ağıllı ol, bundan sonra boksa qayıtma, sənlik deyil. Ancaq mən özümə inanırdım. Hər şey insanın özündən asılıdır. Həbsdə olarkən mənə məşq üçün şərait yaratmışdılar. Zallarımız var idi. Orada məşqlər edirdik. Ancaq nə qədər də şərait olsa, Allah heç kimi ora salmasın. Şükürlər olsun ki, indi hər şey yaxşıdır. Dövlət tərəfindən, millətimiz tərəfindən belə diqqət görəndən sonra necə qələbə qazanmaya bilərəm? Bu artıq ənənəyə çevrilib. Qalib gəldikdən sonra insanlarımız hava limanına məni qarşılamağa gəlir. Bundan gözəl duyğu ola bilməz. Dünənki qarşılanmadan sonra may ayındakı döyüşümə səksən faiz razılıq vermişəm. Fiziki durumum imkan versə, inşallah mayda növbəti döyüşümə çıxacağam.

- “Qəbələ” boks klubundakı fəaliyyətin haqda nə deyə bilərsən? Klubun sənə qarşı münasibəti necədir?

- Rəhbərlik idmançılara çox sağlam qiymət verir. Mən də çox böyük məmnuniyyətlə bu işimi davam etdirirəm. Aprelin 2-də boks üzrə Azərbaycan çempionatı keçiriləcək. Həmin yarışda “Qəbələ” boks klubundan altı boksçu iştirak edəcək. Fikrimcə, bu çempionatda ən azı üç medal qazanacağıq. Klubumuzda cüdo və boks seksiyaları var. Həmçinin peşəkar boksda da mən təmsil edirəm. Klubumuzun yaşı az olsa da, nailiyyətlərimiz olub. “Qəbələ” klubunu ilk dəfə peşəkar boksda beynəlxalq arenada mən təmsil etdim. Necə deyərlər, “Qəbələ” peşəkar boksa qələbə ilə başladı.

- Erməni bokçusuna qalib gələndən sonra doğulduğun Ağdam rayonuna getmişdin. Bu dəfə necə ora səfər etməyi fikirləşirsən?

- Əlbəttə. Ora mənim üçün çox doğmadır. Necə getməyə bilərəm? Ağdamda məni çox təmtəraqlı qarşıladılar. Belə xoş münasibəti görəndən sonra sevinməyə bilmirsən.

- Sən boksçu olmaqla həm də gənc boksçuların yetişməsinə nəzarət edirsən. Bu işlər peşəkar karyerana mane olmur ki?

- Mən burda məşq keçmirəm. Bizdə bunun üçün məşqçilər var. Düzdür, mən də məşqlərdə iştirak edirəm. Ancaq əksinə bu mənə kömək edir. Mənim işim bundan ibarətdir. Gənclərin respublika birinciliyinə hazırlaşdırarkən onlarla birlikdə məşq edirəm. Bu həm mənə, həm də onlara köməkdir. “Qəbələ” klubunun rəhbərliyinə azərbaycanlı oğlu kimi çox böyük hörmət bəsləyirəm. Çünki onlar Azərbaucanın gənclərinə belə qiymət verirlər, şərait yaradırlar

- Bundan sonra hədəflərin nədir?

- 2013-cü ilin dekabr ayında Azərbaycanda möhtəşəm bir şou planlaşdırılır. Peşəkar boksda çox nailiyyətim olub. Avropa çempionatında isə uğurum yoxdur. Ona gərə də mütləq Avropa çempionluğu uğrunda vuruşmaq istəyirəm. Daha doğrusu ona doğru gedirəm. Bizə təklif olunub, danışıqlar gedir.

Həmin döyüşdən nə gözləyirsən?

- Mən çempion doğulmuşam. İdman mənim həyatımdır. Mən hər dəfə rinqə Azərbaycan oğlu kimi çıxdığıma görə qürur duyuram. Rinqdə Azərbaycanın adı gələndə çox sevinirəm.  Qarşıdakı döyüşdən də ancaq qələbə gözləyir.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.