Aprelin 1-də saat 22.45 radələrində Bakı şəhərinin Qaradağ rayonu ərazisindəağır yol qəzası baş verib.
Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Səngəçal qəsəbəsinin ərazisində Qobustan qəsəbə sakini Müşfiq Teymurovun idarə etdiyi "VAZ-2106" markalı və həmyerlisi Sərdar Sahibcanovun idarə etdiyi "KamAZ" markaıl avtomaşınlar toqquşub. Nəticədə xəsarət almış "Jiquli"nin sürücüsü və 3 sərnişini xəstəxanaya yerləşdirilib.
DİN BDYPİ tərəfindən araşdırma aparılır.