Millət vəkili büdcə komitəsinin yaradılmasını təklif etdi
Milli Məclisdə Hesablama Palatasının hesabatı müzakirə olunur.
Lent.az-ın verdiyi məlumata görə, millət vəkili Qüdrət Həsənquliyev büdcə vəsaitlərinin mənimsənilməsi ilə bağlı cinayət işinin açılmasını zəruri sayıb. O, büdcəyə nəzarət və büdcə komitəsi yaradılmasını təklif edib:” Milli Məclis müstəqil audit şirkətləri ilə müqavilələr bağlayıb, büdcə vəsaitlərinin xərclənməsinin yoxlanılmasını təşkil etməlidir”.
Spiker Oqtay Əsədov bildirib ki, Hesablama Palatası istintaq orqanı deyil: “Hesablama Palatası cinayət işi qaldırmır. Dövlət pulunun qaytarılması özü böyük işdir. Hər işdə hər kəsi içəri basmaq da düzgün olmaz axı”.