Azərbaycan ordusunun əsgəri intihar edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu gün saat 08.30 radələrində Tərtər rayonunda yerləşən N saylı hərbi hissənin əsgəri İmanov Elman Yaqub oğlu postda olarkən tabeliyində olan avtomat silahdan açılan atəş nəticəsində həlak olub. Faktla bağlı araşdırma aparılır.