Məlum videoqalmaqalda adı hallanan kitabxana direktoru barədə sual Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevi əsəbləşdirib.
Nazir deputat Gülər Əhmədova ilə eks-rektor Elşad Abdullayev arasındakı qalmaqalda adı keçən kitabxana direktoru Sevinc Babayevanın məsələsinə münasibət bildirib.
Modern.az-a eksklüziv açıqlamasında Əbülfəs Qarayev kitabxana direktorunun ətrafında baş verən proselərlə maraqlanmadığını və bu barədə geniş məlumata malik olmadığını deyib.
“Mən adını çəkdiyiniz qadını tanımıram. Nazirlik strukturunda işləyənlərin hamısını tanımağa borclu deyiləm ki..” -deyə Ə.Qarayev əsəbi şəkildə vurğulayıb. Nazir məlum videoqalmaqal barədə danışmaq istəməyib.
Xatırladaq ki, Sevinc Babayeva ötən ilin oktyabr ayında əmək müqaviləsi ilə M.Ə.Sabir adına kitabxananın direktoru təyin olunub. O, deputat Gülər Əhmədovanın rüşvət qalmaqalında vasitəçi kimi çıxış edib. Babayevanı dünəndən vəzifədən çıxarıblar...