https://525.az/img/pics/medium/2024-04/311600_nt8z9zt9t4.jpg “525-ci qəzet”in 27 aprel sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2024-04/311508_kdz8nldx8a.jpg Müəllimlərə metodik dəstək keyfiyyət və inkişaf üçün vacib şərtə çevrilib
https://525.az/img/pics/medium/2024-04/311586_0k7qtn8kvv.jpg Güney ziyası: Sədyar Vəzifə Eloğlu
https://525.az/img/pics/medium/2024-04/311544_mzwymtvipe.jpg ...Gözlük gözlərimin əl ağacıdır, Gözlüyüm qoymur ki, yıxıla gözüm. - Elxan Yurdoğludan poetik nümunələr
search
26 Aprel 2024

Vitali Mutko FİFA-nın üzvlüyündən çıxarılır

Vitali Mutko FİFA-nın üzvlüyündən çıxarılır
Rusiya Futbol İttifaqının prezidenti Vitali Mutko ilə bağlı FİFA gözlənilməz qərar qəbul edib.

Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, o, qitə futbol qurumunun İdarə Heyətinin üzvlüyünə qəbul edilməyəcək.
 
Rusiya Federasiyasının Baş Nazirinin İdman Məsələləri üzrə müavini olan Mutko həm də DÇ-2018-in Təşkilat Komitəsinin sədri vəzifəsini yerinə yetirir. FİFA sabiq idman nazirinin aprelin 5-də Helsinkidə baş tutacaq seçkidə iştirak etməyəcəyini bəyan edib. Bu addım Mutkonun siyasət adamı olduğu üçün atılıb.
 
Belə ki, qurum bundan sonra üzvlərin heç birinin siyasi məsələlərlə əlaqəsinin olmasını istəmir. Bununla da 58 yaşlı prezident 2009-cu ildən yer aldığı İdarə Heyətinin üzvlüyündən çıxarılacaq.
 
Vitali Mutko qərarı normal qarşıladığını bildirib: “Bəlkə də, doğru qərardı. Ancaq bunu daha öncədən açıqlamaq olardı. Bununla bağlı apellyasiyaya müraciət etmək fikrim yoxdu”.
Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.