Daxili İşlər Nazirliyi Heydər Əliyev Beynəlxalq Aeroportunda baş verən insidentlə bağlı məlumat yayıb.
525.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, aprelin 28-də saat 22.35 radələrində Heydər Əliyev Beynəlxalq Hava Limanının yerli uçuşlar üçün nəzərdə tutulmuş terminalının qarşısında Bakı şəhər sakini, 1980-ci il təvəllüdlü Emil Seyidovla Babək rayon sakini, 1985-ci il təvəllüdlü Yunis Ələkbərov arasında münaqişə baş verib, nəticədə Y. Ələkbərov xəstəxanaya yerləşdirilib.
Fakt üzrə cinayət işi başlanmış, istintaq aparılır.